Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2021-ci ilin yanvar ayından 2025-ci ilin dekabr ayına qədər müxtəlif məlumatlar və faktlar nəzərə alınmaqla dünyanın ən yaxşı liqalarının reytinqini dərc edib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqası da 50 milli çempionatın siyahısına daxildir.
MPL 1991,5 xalla 41-ci yerdədir. Ondan bir pillə yuxarıda Peru çempionatı (2014,5), aşağıda isə Boliviya çempionatı (1887) yerləşir.
Reytinqə 8087 xalla İngiltərə Premyer Liqası başçılıq edir, ardınca Braziliya A Seriyası (7735,5) və İtaliya A Seriyası (7510) gəlir.
saytlarin hazirlanmasi