AZ

“Şəhid olmaqdan qorxmuram” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkə naminə fəaliyyət göstərməkdən qürur duyduğunu və şəhidlikdən qorxmadığını bildirib.

Missiya.Az xəbər verir ki, o bunu Lorestan əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə çıxış edən zaman deyib.

“Şəhid olmağımızla fəxr edərik. Şəhidlikdən qorxumuz yoxdur. Belə bir şey baş verərsə, qürur duyarıq”, - deyə siyasətçi vurğulayıb.

Pezeşkian qeyd edib ki, dövlət başçısı kimi fəaliyyəti onun üçün asan deyil.

O əvvəllər daha sərbəst həyat tərzi sürdüyünü, indi isə təhlükəsizlik səbəbi ilə məhdudiyyətlərlə hərəkət etməli olduğunu bəyan edib.

Pezeşkian əlavə edib ki, ölkənin inkişafı üçün atılacaq heç bir addımdan çəkinməyəcək və xalqa xidmət etmək üçün gecə-gündüz çalışmağa hazırdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr