AZ

İspaniya Konqresi niqab qadağasını rədd etdi

İspaniya parlamentinin aşağı palatası sağçı Vox partiyası tərəfindən təqdim olunan və ictimai yerlərdə burka və üz örtüyünün qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən səsvermədə təşəbbüs 177 "xeyr” səsi ilə rədd edilib. Səsvermədə bir deputat bitərəf qalıb. Layihə Xalq Partiyası (PP) və Vox-un dəstəyi ilə 170 "bəli” səsi toplayıb, lakin bu nəticə sənədin qəbul edilməsi üçün kifayət etməyib.

Səsvermədə həlledici rol oynayan Junts per Catalunya partiyası oxşar məhdudiyyətlərin tətbiqini dəstəklədiyini bildirsə də, Vox-un təqdim etdiyi layihəyə səs verməyəcəyini açıqlayıb.

Junts nümayəndələri əvəzində öz qanun layihələrini Konqresə təqdim etdiklərini və təşəbbüslərinin Avropa standartlarına uyğun hazırlandığını bəyan ediblər.
 
 

Seçilən
102
7news.az

1Mənbələr