Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən "Neokolonializm və Qlobal Bərabərsizlik" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib .
O, bu mübarizədə kolonial hakimiyyətlərə qarşı diplomatiya, etirazlar və beynəlxalq vəkillik kimi strateji addımların atıldığını bildirib.
A.Abbasov BTQ-nin son iki ildəki fəaliyyətindən də danışıb:
"Biz müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının roluna fokuslanmışıq. Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans təşkil olunub, 150-yə yaxın resurs araşdırması aparmışıq və 40-dan çox hesabat dərc edilib".
A. Abbasov 2025-ci ilin aprelində Afrika mənşəli insanlar üçün keçirilən forumda təqdim olunan hesabatın BMT Baş katibinin proqramına daxil edildiyini böyük nailiyyət kimi qiymətləndirib.