AZ

“Bir səs bir nəfəs” adlı konsert proqramı təqdim olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Bir səs – bir nəfəs” adlı konsert keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təşkil olunan konsertdə “Ukraynanın səsi” telelayihəsinin finalçısı Roman Qluşenko çıxış edib. Proqramın bədii rəhbəri Əməkdar incəsənət xadimi, direktor, Birinci Qarabağ müharibəsinin veteranı Əlibala Rzayev olub. Konsertdə klassik musiqidən caz improvizasiyalarına uzanan zəngin musiqi proqramı təqdim olunub.

Konsertdə Əlibala Rzayev tərəfindən tanınmış klassik və caz əsərlərinin yenidən aranjeman olunmuş interpretasiyası səslənib.

Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanaraq, tamaşaçılara xoş və yaddaqalan musiqi axşamı bəxş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
2
azertag.az

3Mənbələr