AZ

Azərbaycanın mebel idxalı 30%-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycana 8,3 milyon dollar dəyərində mebel və onun hissələri idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, mebel idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,6 milyon dollar və ya 30,2% azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 11,8 milyon dollar dəyərində mebel idxal olunmuşdu.

Bu il yanvar ayında ümumi idxalın 0,63%-i mebelin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,58% təşkil edirdi.

Seçilən
30
fed.az

1Mənbələr