Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qanvermədən əvvəl donor həkim müayinəsindən keçir, yaşı, çəkisi, arterial təzyiqi, qanda hemoqlobin səviyyəsi və ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, risk qrupuna aid şəxslərin donor olmasına icazə verilmir. Qan yalnız tam steril, birdəfəlik istifad olunan tibbi alətlərlə götürülür.
Bu, infeksiya riskini tam aradan qaldırır. Hər bir donor qanı mütləq şəkildə laborator şəraitdə Hepatit B və C, İİV (QİÇS) və sifilis infeksiyalarına qarşı yoxlanılır.
Uyğun olmayan qan istifadəyə buraxılmır. Toplanan qan komponentlərə ayrılır və beynəlxalq standartlara uyğun temperaturda və xüsusi şəraitdə saxlanılır.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.