AZ

Əli Kərimlini Pənah Hüseyn tutdurub? AÇIQLAMA

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Xaricdə yaşayan iş adamı İlqar Hacıyev kimi tanınan şəxs efir vasitəsilə bildirib ki, ona verilən məlumata görə, Pənah Hüseyn AXCP sədri Əli Kərimlinin Ramiz Mehdiyevlə birlikdə çevrilişə cəhd edəcəkləri barədə DTX-ya şikayət məktubu ünvanlayıb, Ramiz Mehdiyev işi kimi tanınan məlum cinayət işinə bu əsasla start verilib və Əli Kərimlinin həbs edilməsinə də bu şikayət məktubu səbəb olub”.

Bu sözləri Gununsesi.info-ya sabiq Baş nazir Pənah Hüseyn deyib.

O, sözügedən məsələyə bu cür reaksiya verib:

“Belə cəfəngiyyata nə reaksiya verəsən? Kiməsə belə məlumat ötürürlərsə, o da inanıb yayacaqsa, deməli, məlumatı ötürən məlumat ötürdüyü adamı axmaq sayır. Məlumat ötürülən şəxs buna inanıb yayırsa, deməli, həqiqətən axmaqdır. Mahiyyətə gəldikdə isə, mənim bu işə, o cümlədən Əli Kərimli və AXCP-nin Ramiz Mehdiyev işi ilə əlaqələndirilməsinə münasibətim əvvəldən açıqdır, KİV- də, öz rəsmi profilmdə aydın ifadə olunub, yayılıb”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
icma.az

1Mənbələr