AZ

Qəbul imtahanında fərqli dillərdən imtahan vermək istəyən abituriyentlərin nəzərinə!

Bakı. Trend:

Cari ilin məzunu olan abituriyentlər buraxılış imtahanınıməktəbdə keçdiyi xarici dil üzrə verəcəklər. Qəbul imtahanında isəxarici dili dəyişmək istəyən abituriyentlər fərq imtahanıverməlidirlər.

Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətləəlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar HüseynovaDİM-in "Facebook" hesabındakı canlı yayımda bildirib.

Onun sözlərinə görə, xarici dili dəyişmək istəyən abituriyentlərüçün fərq imtahanı aprel ayının 19-da olacaq.

"Ötən ilin məzunları olan oğlan abituriyentlərin səfərbərlikləbağlı bazada adları varsa, çağırışçı olduqları üçün ərizələrinitəsdiq edə bilməyəcəklər", - deyə o bildirib.

Nigar Hüseynova qeyd edib ki, aprel-may aylarında ərizə qəbuluaçılacaq və abituriyentlər qrup seçimi edə biləcəklər:

"Qabiliyyət tələb edən ixtsaslara qəbul olmaq istəyənabituriyentlər üçün may ayında qabiliyyət imtahanı üçün qeydiyyatbaşlayacaq".

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illiktəhsil bazasında kolleclərə sənəd qəbuluna dünən başlanıb və martın5-dək davam edəcək.

Seçilən
43
az.trend.az

1Mənbələr