AZ

Bakının mərkəzi prospekti niyə əyri zolaqlanıb? – Səbəbi bilindi

Xətai prospektində tətbiq olunan yeni zolaqlama müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev müzakirələrin qərəzli olduğunu deyərək bu zolaqlamanın dünya təcrübəsində olduğunu söyləyib:

“Bilmədən davamlı qərəzli fikir formalaşdırmaq heç bir meyara sığmır.
Xətai prospektində tətbiq olunan yeni zolaqlama bir çoxları üçün yeni görünə bilər, amma bu yanaşma dünyada illərdir istifadə olunur.
Bu tip üfüqi nişanlanma sürücünü vizual olaraq sürəti azaltmağa vadar edir, yolun daha dar olduğu illüziyasını yaradır, piyada və velosiped təhlükəsizliyini artırır, hərəkət axınını daha nizamlı edir.

Bu elementlər xüsusilə piyada keçidləri, yaşayış zonaları və riskli sahələrdə tətbiq olunur.

Şəhər nəqliyyatı yalnız daha çox avtomobil üçün yol tikmək deyil. Düzgün dizayn edilmiş yol daha təhlükəsiz və daha ağıllı şəhər deməkdir”,- deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
64
1
olke.az

2Mənbələr