AZ

“Ermənistan və Azərbaycan arasında yeni yol bizim üçün rəqib olmayacaq” - Gürcüstan XİN rəhbəri

“Bu gün Ermənistan və Azərbaycan arasında yeni yolların çəkilməsi məsələsi fəal şəkildə müzakirə olunur və əminliklə və sakitcə deyə bilərik ki, bu, region üçün faydalıdır”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Imedi LIVE" kanalına müsahibəsi zamanı deyib.

O bildirib ki, biz buna Gürcüstandan keçən marşruta rəqabətli bir yol kimi baxmırıq.

“Yeni yolların meydana çıxması nəqliyyat əlçatanlığı kontekstində bölgəmizin dəyərini artıracaq. Lakin hər hansı bir yolun Gürcüstanı əvəz edəcəyi ağlasığmazdır. Tələbat ildən-ilə artır, azalmır. Hətta ona daha üç-dörd marşrut əlavə olunsa belə, bu, ticarət baxımından Qərblə Şərq arasında baş verən hər şey üçün kifayət etməyəcək”, - deyə siyasətçi vurğulayıb.

Boçorişvili qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında gedən prosesləri müsbət qiymətləndirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr