AZ

"Mən doğru zamanda doğru yerdə idim"

Çempionlar Liqasında "Olimpiakos"a qarşı matçda iki qol vuran "Bayer"in hücumçusu Patrik Şik matçla bağlı fikirlərini bildirib.

90deqiqe.Az-ın məlumata görə, 30 yaşlı futbolçu matçdan sonra deyib:

"Bəzən şansınız üçün bütün matçı gözləməli olursunuz. Buna hazır olmalısınız; bu, hücumçunun işidir. Bu gün mən doğru zamanda doğru yerdə idim. Qış fasiləsindən sonra çətin başlanğıc etdik, amma çox irəlilədik"

Qeyd edək ki, matç "Bayer"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.Şik bu mövsüm 28 matçda 13 qol vurub və üç məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Seçilən
34
90deqiqe.az

1Mənbələr