AZ

Azərbaycan Gürcüstan məhsullarının idxalını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 9,23 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycan qonşu ölkədə istehsal olunan məhsulların tədarükünü 8,3% azaldıb.

Ötən ay Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3% payla ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda X yeri tutub. Ən çox Gürcüstan məhsulu idxal etmiş ölkələrin ilk üçlüyünə Çin, Türkiyə və Rusiya daxil olub.

Hesabat ayında Gürcüstandan ümumilikdə 480,4 milyon ABŞ dolları dəyərində yerli məhsul ixraca yönəldilib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 19% çoxdur.

Qonşu ölkədən ən çox ixrac edilmiş yerli məhsulların ilk onluğunda neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, mis filizləri və konsentratları, ferroərintilər, qoz-fındıq, spirtli içkilər, qızıl, təbii, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, təzə üzüm şərabı, şəkər əlavə edilmiş mineral və qazlı sular yer alıb.

İş elanları AzVak.az-da

© APA

Seçilən
36
3
marja.az

4Mənbələr