AZ

Bakıda gecə avtomobillərin şüşələri sındırılıb - Oğurluq edilib

Ramanı qəsəbəsi ərazisində gecə saatlarında vətəndaşa məxsus avtomobildən oğurluq edilib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Hadisə nəticəsində şəxsi mülkiyyətdə olan VAZ-21015 markalı avtomobil talan olunub və əmlaka ciddi ziyan vurulub.

Zərərçəkənin sözlərinə görə, naməlum şəxslər eyni zamanda ərazidə olan digər bir avtomobili də oxşar vəziyyətə salıblar. Hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib.

Faktla bağlı 31-ci Polis Bölməsinə məlumat verilib.

Seçilən
65
far.az

1Mənbələr