AZ

Çingiz Qənizadə Fransa məhkəməsini uddu

“İstintaq mərhələsində qarşı tərəfin prosesdən yayınması səbəbindən işin icraatı müvəqqəti dayandırılmışdı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında ona böhtan atanlara qarşı qaldırılmış məhkəmədən bəhs edən zaman Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

“Paris Apellyasiya Məhkəməsinin qərarında qeyd olundu ki, təqsirləndirilən şəxs Fransa qanunvericiliyi əsasında məsuliyyət daşıyır. Nəticədə məhkəmə Qənimət Zahidovu 500 avro cərimə cəzasına məhkum etdi, həmçinin məhkəmə xərclərinin və müəyyən kompensasiyanın ödənilməsinə qərar verdi. Qərarda xüsusi vurğulandı ki, məhkumluq faktının özü təyin olunan cəzanın məbləğindən daha əhəmiyyətlidir.
Qərarın icrası Fransa Respublikasının səlahiyyətli orqanlarına həvalə olundu. Bununla da Zahidov Fransada cinayət törətmiş şəxs kimi tanındı”.

O bildirib ki, proses bir neçə il davam etdi:

“Pandemiya səbəbindən gecikmələr oldu, lakin nəticədə qərar qəbul edildi. Bir neçə dəfə Fransada olaraq vəkillərimlə görüşdüm, əlavə sənədlər təqdim etdim.
Hesab edirəm ki, bu qərar Azərbaycan üçün presedent xarakteri daşıyır. İlk dəfədir ki, başqa bir ölkədə Azərbaycan dövlətinə və onun rəhbərliyinə qarşı səsləndirilən ittihamlarla bağlı hüquqi müstəvidə məsuliyyət müəyyən olunur.

Məqsədim böyük məbləğdə cəza deyil, hüquqi qiymətin verilməsi idi. Məhkəmə də bunu təmin etdi. Bu qərar həm mənim, həm də məni dəstəkləyən insanların mövqeyinin təsdiqi kimi qiymətləndirilə bilər”.

Seçilən
58
veteninfo.az

1Mənbələr