Bakı. Trend:
2012-ci ildən əvvəl orta təhsili bitirmiş şəxslər ali məktəblərəqəbul üçün qeydiyyat zamanı sənəd qəbulu komissiyalarına şəxsənmüraciət etməlidirlər.
Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətləəlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar HüseynovaDİM-in "Facebook" hesabında yayımlanan "Abituriyent" verilişindəbildirib.
Onun sözlərinə görə, həmin şəxslər şəxsiyyət vəsiqəsi vəattestatlarını komissiyalara təqdim etməlidirlər.
Nigar Hüseynova bildirib ki, 2012-ci ildən əvvəl orta təhsilhaqqında məlumatlar DİM-in elektron məlumat bazasında mövcudolmadığı üçün həmin şəxslər komissiyalara müraciət etmədən onlaynqeydiyyatdan keçə bilməzlər:
"2012-ci ildən sonrakı dövrə aid orta təhsil sənədləri isəməlumat bazasında yer alır. Oğlan abituriyentlər hərbi xidmətləbağlı möhlət hüququ olmadıqda onlayn qeydiyyatdan keçəbilməyəcəklər".
O həmçinin qeyd edib ki, orta məktəbi xaricdə bitirmişabituriyentlər də qeydiyyat prosesini onlayn şəkildə tamamlayabilməzlər:
"Onlar sənəd qəbulu komissiyalarına yaxınlaşmalı, təhsilsənədlərini Azərbaycan dilinə notarial qaydada tərcümə və təsdiqetdirməlidirlər. Hazırda xaricdə orta məktəbin sonuncu sinfindəoxuyan abituriyentlər isə birinci yarımil üzrə qiymətlərini vəsonuncu kursda təhsil aldıqlarına dair arayış təqdimetməlidirlər".