AZ

“Instagram” a qarşı ittihamlar: Zukerberq iddiaları rədd etdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Instagram” gəncləri asılı vəziyyətə salmaq üçün hazırlanmayıb. Bu platforma uşaqlara zərər vermir”. 

"Cebheinfo.az" –ın “Los Angeles Times” qəzetinə istinadən xəbərinə görə, bunu ABŞ-nin texnologiya şirkəti “Meta”-nın baş icraçı direktoru (CEO) Mark Zukerberq  bildirib. 

Mark Zukerberq  Los-Anceles dairəsində uşaqlarda sosial media asılılığı ilə bağlı məhkəmə prosesində ifadə verib. O, ifadəsində “Meta”-nın istifadəçilərin platformada daha çox vaxt keçirməsini istəyib-istəmədiyi ilə bağlı suala cavab olaraq bildirib: 

“Mən dayanıqlı bir icma qurmağa fokuslanmışam”. 

O qeyd edib ki, qısa müddətdə istifadəçilərin daha çox vaxt keçirməsinə səbəb olan, lakin onları xoşbəxt etməyən məhsul uzunmüddətli perspektivdə istifadə olunmaz. “Mən insanların hər ay platformada keçirdiyi vaxtı maksimuma çatdırmağa çalışmıram”, – deyə o vurğulayıb. İddiaçılar “Instagram”-la yanaşı, “YouTube”, “TikTok” və “Snapchat” kimi platformaların sahiblərinin də gənclər üçün asılılıq yaradan xüsusiyyətləri qəsdən inkişaf etdirdiyini iddia edirlər. 

Mark Zukerberq  isə “Instagram”-ın gənc istifadəçiləri asılı vəziyyətə salmaq üçün dizayn edilmədiyini bildirib. O əlavə edib ki, 13 yaşdan kiçik uşaqlara heç vaxt “Instagram”-dan istifadə etməyə icazə verilməyib və “Meta” zamanla yetkinlik yaşına çatmamış istifadəçiləri aşkar etmək üçün müxtəlif alətlər hazırlayıb. 

Bununla belə, bəzi istifadəçilərin yaşlarını yanlış göstərdiyini və bunun nəzarətinin çətin olduğunu qeyd edib. Həmçinin 2022-ci ilə aid sənəddə “Meta” tərəfindən 2023-cü il üçün istifadəçi başına gündəlik 40 dəqiqə, 2026-cı il üçün isə 46 dəqiqə tətbiq istifadəsi hədəfinin nəzərdə tutulduğu bildirilib. 

Mark Zukerberq  isə bu cür göstəricilərin komandalar üçün konkret hədəf deyil, sənaye üzrə performansı ölçmək üçün istifadə olunan indikatorlar olduğunu deyib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr