AZ

Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində mühüm rola malikdir



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya səfəri zamanı mətbuata verdiyi açıqlama göstərdi ki, Azərbaycan bu gün yalnız regionun deyil, Avropa məkanının enerji təhlükəsizliyində də mühüm rola malik dövlətdir.

Azərbaycanın enerji siyasəti milli maraqlara əsaslanmaqla yanaşı, tərəfdaş ölkələrin də maraqlarını nəzərə alır. Siyasətin əsas prinsipləri etibarlılıq, öhdəliklərə sadiqlik və qarşılıqlı hörmətdir. Prezidentdən stat gətirərkən cənab Prezidentin Serbiyaya səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, gələcəkdə əməkdaşlıq daha da dərinləşəcək və yeni layihələr həyata keçiriləcək.
Bugünkü reallıq odur ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, enerji təhlükəsizliyinin təminatçılarından biridir. Serbiya ilə münasibətlərin inkişafı bu strateji məqsədin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, Azərbaycan düşünülmüş, prinsipial və gələcəyə hesablanmış siyasət yürüdür. Energetika sahəsində çoxşaxəli əməkdaşlıq həm iqtisadi, həm də siyasi sabitlik baxımından böyük əhəmiyyət kəsb edir və ölkəmizin diplomatik mövqeyini gücləndirir.

Maqsud Sleymanli
Seçilən
31
newscenter.az

1Mənbələr