AZ

Rusiya MDB vətəndaşları üçün şərtləri daha da ağırlaşdırdı Yeni patent tətbiq ediləcək

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Maliyyə Nazirliyi vizasız gəliş-gedişi olan ölkələrdən Rusiyaya işləmək üçün gələn əcnəbilərlə bağlı şərtləri sərtləşdirən qanun layihələri paketi hazırlayıb. Qeyd edək ki, bunlar əsasən MDB ölkələri vətəndaşlarıdır.

“AzPolitika” xəbər verir ki, "Kommersant" qəzetinin məlumatına görə, hökumət yeni şərtləri bu gün keçiriləcək iclasda nəzərdən keçirməyi planlaşdırır.

Qanun layihəsində miqrant işçilərin Rusiyada iş icazəsi üçün yalnız özləri üçün deyil, həm də azyaşlı ailə üzvləri və onların himayəsində olan digər şəxslər üçün ödəniş etmələri nəzərdə tutulur. Hər bir belə şəxsə görə patent dəyərinin 50%-i ödənməli olacaq. 18 yaşına çatdıqdan sonra belə işçilərin övladları ya öz iş patentlərini almalı, ya da Rusiya Federasiyasını tərk etməli olacaqlar.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azpolitika.info

1Mənbələr