AZ

Abbas Abbasov: Virtual muzey dekolonizasiya prosesinə töhfə verəcək

Bakı Təşəbbüs Qrupu yalnız BMT-də yox, digər platformalarda da fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müstəmləkəçiliyə həsr edilmiş virtual muzey həm elm xadimləri, həm BMT ekspertləri, həm də dekolonizasiya prosesində iştirak edən maraqlı tərəflər üçün rəqəmsal məlumat bazası xarakterini daşıyacaq, öz növbəsində prosesə elmi müstəvidə töhfə verəcək.

Abbas Abbasov Bakı Təşəbbüs Qrupuna qarşı təzyiqlər barədə də danışıb: “Yalnız bizim təşkilatımıza yox, həm də milli və müstəqil hərəkatlara qarşı da təzyiqlər davam edir. Buna baxmayaraq, çoxşaxəli fəaliyyətimizi davam etdiririk. Yalnız siyasi müstəvidə yox, həm də elmi müstəvidə. Gördüyünüz kimi, artıq yalnız hesabatlar, kitablar dərc edərək yox, rəqəmsal dünyaya keçid edərək bu işi görürük. Bildiyiniz kimi, biz üç ilə yaxındır fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız ilk aylardan bu kimi təzyiqlər Fransadan, Belçikadan və digər ölkələrdən olub. Amma buna baxmayaraq, biz öz fəaliyyətimizi yalnız siyasi müstəvidə deyil, BMT-də yox, fərqli platformalarda da davam etdiririk və etdirəcəyik”.

Seçilən
56
apa.az

1Mənbələr