AZ

2025-ci ildə Azərbaycandan İtaliyaya ixrac olunan təbii qazın həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan İtaliyaya 4,565 milyard ABŞ dollarıdəyərində 9,604 milyard kubmetr təbii qaz (qaz şəklində) ixracolunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 512 milyon ABŞ dolları və ya 12,6 faizartıb, həmc baxımından isə 194 milyon kubmetr və ya 2 faizazalıb.

2024-cü ildə Azərbaycandan İtaliyaya 4,053 milyard ABŞ dollarıdəyərində 9,798 milyard kubmbetr təbii qaz ixrac olunub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qazixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9milyon kubmetr və ya 2,3% az olub.

Seçilən
71
az.trend.az

1Mənbələr