AZ

Azərbaycanda macəra və halal turizm üzrə 4 dövlət standartı layihəsi qəbul edildi

BAKI, 19 fevral. TELEQRAF

Azərbaycanda macəra turizmi və halal turizm xidmətlərinə dair 4 dövlət standart layihəsi qəbul edilib.

Teleqraf xəbər verir ki, layihələr Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) iclasında qəbul edilib.

İclasda AZSTAND əməkdaşları ilə yanaşı, Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər.

Sonda Texniki Komitənin qarşıdakı fəaliyyəti ilə bağlı müvafiq müzakirələr aparılıb.

Seçilən
122
teleqraf.com

1Mənbələr