AZ

Xurmanın faydaları nədir? - ARAŞDIRMA

Son araşdırmalar göstərir ki, xurmanın tərkibində olan liflər bağırsağın sağlamlığını bir neçə istiqamətdə dəstəkləyir. Bu nəticəyə Aberdin Universitetinin alimləri gəlib.

Redaktor.az xəbər verir ki, nəticələr "Food & Function (F&F)" jurnalında dərc olunub.

Tədqiqatçılar Rojo Brillante sortu xurmanın həll olunan və həll olunmayan lif fraksiyalarını laboratoriyada insan bağırsaq mikrobiotası ilə fermentasiya ediblər. Məlum olub ki, müxtəlif lif növləri bakteriyaların tərkibinə fərqli təsir göstərir.

Bəzi fraksiyalar Bacteroides, Megasphaera, Oscillibacter və Lachnospiraceae ailəsinə aid faydalı bakteriyaların böyüməsini stimullaşdırır. Fermentasiya zamanı asetat, propionat və butirat kimi birləşmələrin istehsalı artır, bunlar bağırsaq baryerinin bütövlüyünü qoruyur və iltihabı azaldır.

Xüsusilə həll olunan liflər daha güclü effekt göstərir və indol-3-propion turşusunun istehsalını artırı, bu metabolit antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Tədqiqatçılar bildirir ki, xurmanın emal edilmiş qalıqları funksional prebiyotik əlavələrin hazırlanmasında istifadə oluna bilər. Lakin optimal doza və tərkibin müəyyənləşdirilməsi üçün əlavə araşdırmalar tələb olunur.

Əvvəlki araşdırmalarda isə həkimlər xurma lifindən hazırlanmış bəzi populyar qarışıqların həzm sisteminə zərər verə biləcəyini vurğulamışdı.

Nuriyyə NATİQQIZI

Seçilən
98
1
redaktor.az

2Mənbələr