AZ

Ukrayna və Rusiya bu il sülh imzalayacaq – Beş ölkə kəşfiyyatından açıqlama

Beş Avropa ölkəsinin kəşfiyyat xidmətlərinin rəhbərləri Rusiya ilə Ukrayna arasında bu il sülh sazişinin əldə olunmasının mümkünlüyünə skeptik yanaşırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən biri Cenevrədə keçirilən danışıqları “teatrlaşdırılmış tamaşa” kimi qiymətləndirib. Digər mənbələr isə Rusiyanın niyyətlərinə dair şübhələrini ifadə ediblər. “Əgər ruslar bu güzəştləri [Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı] əldə etsələr, düşünürəm ki, bu, bəlkə də real danışıqların başlanğıcı ola bilər”, – deyə Reuters-in daha bir mənbəsi bildirib.

O, həmçinin qeyd edib ki, Avropa tərəfinin Moskva ilə danışıqlar aparmaq təcrübəsi “çox məhduddur”. Bu fikir Kiyevin danışıqlara qoşulmaq çağırışlarına münasibət kontekstində səsləndirilib.

Fevralın 17-18-də Cenevrədə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşləri çətin, lakin işgüzar adlandırıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə daha əvvəl bildirib ki, İsveçrədə baş tutan görüş zamanı əhəmiyyətli irəliləyiş əldə olunub. Onun sözlərinə görə, Rusiya və Ukrayna sülh sazişi üzərində birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Kremlin sözçüsü Dmitri Peskov fevralın 18-də açıqlamasında danışıqların nəticələrinə qiymət vermək üçün hələ tez olduğunu deyib.

Sara
NOCOMMENT.az

Seçilən
38
nocomment.az

1Mənbələr