AZ

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurum xaricdən 2.1 milyonluq gübrə alır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC “nitroammofoska” və “Ammofos” gübrəsi alır.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə 2 170 582 AZN xərcələyəcək.

 

Satışı “АО “Минерально-Химическая Компания “ЕвроХим”” edəcək.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 19 Fevral 2026, 15:04   
Seçilən
74
pravda.az

1Mənbələr