AZ

Milli Məclisin payız sessiyası: Tribunada olanlar və ictimai rəydə əks-səda

Cəmiyyətin siyasi proseslərə münasibəti daha çox parlament prizmasından formalaşır və beləliklə, diqqət ümumilikdə Milli Məclisin yox, həm də ayrı-ayrı deputatların üzərində fokuslanır.

Milli Məclisin ümumi fəaliyyəti, qəbul olunan qanunlarla yanaşı, deputatların çıxışları və mövqeyi, ictimai problemlərə reaksiyası da diqqət çəkir. Həmçinin deputatların seçiciləri ilə ünsiyyəti də ümumi olaraq parlamentin fəaliyyəti kimi qəbul olunur, başqa sözlə desək, Milli Məclisin “ayağına” yazılır. Hansısa deputatın çıxışı, mövqeyi, məsələlərə yanaşması son nəticədə ictmaiyyət tərəfindən ümumi olaraq parlamentin fəaliyyəti kimi dəyərləndirilir. Başqa sözlə, deputatlar öz fəaliyyətləri ilə təkcə özlərinə yox, ümumilikdə parlamentin adına xal yazdırırlar.

“Cebheinfo.az” Milli Məclis üzvlərinin parlamentin 2025-ci ilin payız sessiyasındakı fəaliyyətini bir neçə istiqamət üzərindən araşdırmağa çalışıb. Əsas məqsəd ayrı-ayrı deputatlar haqqında ictimai rəy yaratmaq yox, parlamentarilərin aktivliyini, onların media, sosial şəbəkə və plenar iclaslar üzərindən cəmiyyətlə qurduğu əlaqələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Qəbul etməliyik ki, bu gün fəallıq təkcə qapalı məkanlarda fəaliyyət, iclaslarda çıxış etməklə ölçülmür. İctimai platformalardakı fəaliyyət də əsas indikatorlardan biridir.

Siyasi dinamika və parlament diplomatiyası

Əvvəlcədən qeyd edək ki, parlamentin payız sessiyasını ümumilkdə dinamik və uğurlu dövr hesab etmək olar. Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsi, parlament diplomatiyasının daha sistemli və məqsədyönlü xarakteri diqqətçəkən məqamlardandır. İndiyəqədərki sessiya dönəmlərində olduğu kimi, bu dəfə də anoloji fəaliyyət davam etdirilib.

Deputatlar da sessiya müddətində aktivliyi ilə izləyicilərin diqqətində olub. İstər hakim Yeni Azərbaycan Partiyası, istər azlıqda olan siyasi partiya təmsilçiləri, istərsə də bitərəf deputatların parlament fəaliyyətinə ictimai rəydə birmənalı qiymət verilmir. Sosial şəbəkələrdə aparılan monitorinq göstərir ki, istər media, istərsə də sosial şəbəkələrdə aktiv deputatların sayı heç də az deyil və onların fəaliyyəti izləyicilər tərəfindən müsbət qarşılanır.

Deputat fəallığı və ictimai rəy

Payız sessiyasında parlamentdə təmsil olunan hakim partiyanın (YAP), azlıqda olan siyasi partiyaların bir sıra təmsilçiləri, o cümlədən bitərəf deputatlar xüsusi aktivliyi ilə seçilib. Media çıxışları, plenar iclaslardakı mövqeləri və sosial şəbəkə fəaliyyəti ilə seçilən deputatlar arasında Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyev, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, o cümlədən Ana Vətən Partiyasının yeni seçilmiş sədri Günay Ağamalı var. Bu deputatların fəaliyyətinin ortaq cəhətini qeyd etmək yerinə düşərdi. Onların fəaliyyətində gündəmə təsir etmək, sıravi vətəndaşlaırn rastlaşdığı problemləri ictimailəşdirmək, cəmiyyətlə dialoq qurmaq istəyi və bacarığı müşahidə olunur. Bu deputatların fəaliyyətinin ayrı-ayrılıqda araşdırılması ortaya aşağıdakı mənzərəni çıxarır.

Razi Nurullayev media, sosial şəbəkə və plenar iclaslarda ardıcıl və sistemli çıxışlar edir, gündəm yaradan mövzulara toxunur. Onun fəaliyyəti ilə bağlı detallı paylaşımları aktiv fəaliyyətini açıq şəkildə göstərir. Mediaya açıq deputatlardan biridir. Seçicilərlə aktiv görüşlər keçirir, problemli məsələləri qaldırır və bütün bunları həm də sosial şəbəkə hesablarında ictimaiyyətin diqqətinə çatdırır. Tənqidə açıqdır, polemikadan yayınmır, ictimai rəyi diqqətə alır.

Parlament üzvü kimi böyük təcrübəsi olan Qüdrət Həsənquliyev də aktiv fəaliyyəti ilə seçilən deputatlardandır. Təcrübəyə söykənən siyasi və digər məsələləri əhatə edən çıxışları, media ilə əməkdaşlığı sayəsində aktiv deputatlar sırasındakı yerini qoruyur.

Fazil Mustafa mediada və sosial şəbəkədə kifayət qədər aktiv deputatlardandır. Plenar iclaslarda tribunadan fəal istifadə edir, mövqeyini və məsələlərə münasibətini sosial şəbəkə ilə tamamlayır. Çıxışlarının və mövqeyinin ictimai rəyə çatdırılmasına, yəni sosial şəbəkələrdə fikirlərinin yayılmasına xüsusi önəm verməsi onun Milli Məclisin aktiv deputatlarından biri olduğunu göstərir. Aktiv fəaliyyəti ilə seçilən media, mədəniyyət, ədəbiyyat təmsilçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparır, tənqidlərə öz fikirlərini detallı əsaslandırmaqla cavab verir.

Arzuxan Əlizadə də aktiv deputatlar arasındadır. Onun mediada, sosial şəbəkədəki fəaliyyəti xüsusi seçilir. Medianın ən çox müraciət etdiyi və suallarna cavab ala bildiyi deputatlardan biridir. Operativ və gündəmyönlü açıqlamaları ilə Arzuxan Əlizadədə bu siyahıda ilk sırada dayanan parlamentarilərdən biridir.

Elşad Musayev də mediada və sosial şəbəkədə xüsusi aktivlik nümayiş etdirir. Parlamentdən əvvəlki siyasi fəaliyyəti ilə də kifayət qədər tanınan E.Musayev sosial və siyasi mövzular üzrə mediada yayımlanan açıqlamaları, eləcə də aktiv sosial şəbəkə fəaliyyəti ilə tanınır. Bu da onun aktiv deputatlar sırasında yer almasının əsas səbəbidir.

Günay Ağamalı da aktiv deputatlar sırasındadır. Onun media və sosial şəbəkə fəaliyyəti kifayət qədər aktivdir. O, mütəmadi olaraq bu fəaliyyətini aktiv şəkildə davam və inkişaf etdirir.

Milli Məclis sədrinin müavini Musa Qasımlı da aktiv deputatlardandır. Onun media və plenar iclaslardakı fəaliyyəti xüsusi aktivliyi ilə seçilir. Musa Qasımlı sosial şəbəkələrdə də kifayət qədər aktiv fəaliyyət göstərən parlamentarilərdəndir.

Vüqar Bayramov da kifayət qədər aktivlik nümayiş etdirən parlamentarilərdən biridir. Mediada və sosial şəbəkələrdə iqtisadi qanun və qərarların, onların dövlətə və cəmiyyətə təsirləri ilə bağlı izahedici açıqlamaları, o cümlədən analitik yanaşması ilə diqqət mərkəzində olur. Təsadüfi deyil ki, parlamentdə qəbul olunan iqtisadi-sosial xarakterli qanunların, verilən qərarların ictimaiyyət üçün daha açıq mətnlə izahını Vüqar Bayramov öz üzərinə götürüb. Bu baxımdan, sosial şəbəkə fəaliyyəti də xüsusi aktivliyi ilə seçilir.

Vüqar İskəndərovun da adını fəal deputatlar sırasında çəkmək olar. Onun mediada mütəmadi çıxışları, o cümlədən fikirlərini sosial media üzərindən ictimaiyyətə təqdim etməsi onu da payız sessiyasının aktiv deputatlar siyahısına salıb.

Səbinə Salmanova da yazılı mediada və sosial şəbəkədə aktivdir. Gündəmdə olan vacib məsələlərlə bağlı operativ şərhləri, sosial mövzulara çevik münasibəti və paylaşımları ilə fəal deputatlar sırasındakı yerini qoruyur.

Zahid Oruc da aktiv deputatlar siyahısında olan parlamentarilərdəndir. Onun həm mediada, həm plenar iclaslarda, həm də sosial şəbəkədəki fəaliyyəti kifayət qədər tanınır. Qeyd edək ki, Zahid Oruc media ilə əməkdaşlıqda da seçilir.

Bəhruz Məhərrəmov də bu mənada aktivlik nümayiş etdirən deputatlardan olub. Media və sosial şəbəkədə aktiv olan Bəhruz Məhərrəmov bu gün də şərh, açıqlama, mövqe üçün mətbuatın ən çox müraciət etdiyi deputatlar siyahısındadır.

Elçin Mirzəbəyli də media və sosial şəbəkədə aktivliyi ilə seçilir. Parlament fəaliyyəti, ayrı-ayrı mövzularda şərhi, analitik yazıları ilə Elçin Mirzəbəylinin aktiv deputatlar sırasında öz yeri var. Mətbuat keçmişi onun indi də yazılı və onlayn media ilə əməkdaşlığına, eləcə də sosial şəbəkələrdəki aktivliyinə təsir edən amildir.

Arzu Nağıyev medianın tez-tez müraciət etdiyi deputatlardandır ki, bu da onun nə qədər aktiv fəaliyyət göstərdiyinin əyani sübutudur. O, plenar iclaslarda da xüsusi fəallıq nümayiş etdirir, sosial şəbəkə fəaliyyəti də kifayət qədər diqqətçəkəndir.

Hikmət Babaoğlunun adı isə həm də media ilə aktiv işləyən deputatlar sırasında çəkilməlidir. Xüsusilə də siyasi proseslərlə bağlı aktivlik nümayiş etdirməsi, medianın suallarını operativ cavablandırması onun da bu siyahıda yer almasına gətirib çıxarıb.

Mediada və sosial şəbəkədə aktiv olan deputatlardan biri də Naqif Həmzəyevdir. Naqif Həmzəyevin sosial şəbəkədən aktiv istifadəsi xüsusi diqqətçəkən məqamdır. Ölkənin əhəmiyyətli məsələləri ilə bağlı mövqeyini sosial şəbəkə hesablarında ictimai rəyə təqdim edir. Efirlərdə çox görünməsə də, yazılı və onlayn mediada tez-tez onun mövqeyi ilə tanış olmaq mümkündür.

Mediada və plenar iclaslarda xüsusi aktivliyi ilə seçilən deputatlardan biri də Siyavuş Novruzovdur. S.Novruzov plenar iclaslarda mütəmadi çıxışlar edir, mediaya şərhlər verir. Onun sosial şəbəkə fəaliyyəti gözə görünməsə də, digər iki istiqamətdə aktivdir.

Jalə Əliyeva da fəallığı ilə seçilir. Media ilə işi, eyni zamanda plenar iclaslarda mütəmadi çıxışları və sosial şəbəkə fəaliyyəti onun da bəzi həmkarlarından seçilməsinə imkan verir.

Pərvanə Vəliyeva da aktiv deputatlar sırasındadır. Onun media və sosial şəbəkə fəaliyyəti də seçilir. Pərvanə Vəliyevanın ingilisdilli medialarda çıxışlarına xüsusi diqqət yetirilməlidir. Dünyanın indiki siyasi fəallıq dönəmində bu qəbildən çıxışlara ehtiyac daha çoxdur.

Müşfiq Məmmədli də həm mediada, həm sosial şəbəkədə aktivliyi ilə seçilir. Onu media üçün ən əlçatan deputatlardan biri hesab etmək olar. Eyni zamanda, mediada yer alan yazılarını sosial şəbəkə üzərindən yayımlayır ki, bu da əhatə dairəsini daha da genişləndirir.

Azər Badamovun da adını aktiv deputatlar sırasında çəkə bilərik. O, media və sosial şəbəkədə aktivdir, parlamentin plenar iclaslarında mütəmadi çıxışlar edir, xüsusilə ictimaiyyəti maraqlandıran mövzularla bağlı mətbuatın suallarına cavabdan yayınmır.

Əziz Ələkbərli sosial və mediada aktivliyi ilə seçilən deputatlardan biridir. Onun demək olar ki, mediada yayımlar bütün çıxışları sosial şəbəkə vasitəsilə də geniş auditoriyaya çatdırılır.

Elman Nəsirov isə mətbuatın ən çox müraciət etdiyi, ictimaiyyətin isə ən çox tanıdığı deputatlar sırasındadır. Media müxtəlif siyasi mövzularla bağlı ona tez-tez müraciət edir, o da jurnalistlərin müraciətini geri çevirmir, media və parlament fəaliyyəti kifayət qədər aktivdir.

Tahir Rzayev media, sosial şəbəkə və parlament fəaliyyəti ilə tanınır, xüsusilə iqtisadi mövzularla bağlı mətbuata açıqdır, aktiv deputatlardan biri kimi xarakterizə olunur.

Deputat Ceyhun Məmmədovun da adı fəal deputatlar sırasına daxil edilməlidir. O, mediada və sosial şəbəkədə aktivliyi ilə tanınır, açıqlama və yazılarla çıxış edir, mediadakı çıxışlarından əlavə iştirak etdiyi tədbirlər, keçirdiyi görüşlər barədə də sosial şəbəkə hesabları üzərindən məlumat yayır.

Tural Gəncəliyev də aktiv deputatlar sırasında öz yerini alıb. Media və sosial şəbəkədə fəaliyyəti aktivdir, eyni zamanda plenar iclaslarda da öz çıxışları ilə tanınır.

Əlibala Məhərrəmzadə də aktiv deputatlar sırasına düşməyi bacarıb. Onun gündəm mövzuları ilə bağlı televiziyalarda mütəmadi çıxışları, eyni zamanda ölkə siyasətinin önəmli hadisələri ilə bağlı şərhləri diqqət çəkir. Ə.Məhərrəmzadənin sosial şəbəkədə də aktivdir və mediada yayımlanan fikirlərini və dövlət əhəmiyyətli tədbirləri sosial şəbəkə hesabları üzərindən geniş auditoriyaya çatdırır.

Azər Allahverənov da aktiv deputatlar sırasındadır. Onun da media və sosial şəbəkə fəaliyyəti xüsusi aktivliyi ilə seçilir. Eyni zamanda iştirak etdiyi və keçirdiyi tədbirlər, görüşlər haqqında da sosial şəbəkə və mediada mütəmadi informasiyalar yayır və bu da onun aktiv deputatlar sırasında yerini qoruyur.

Şahin Seyidzadə də mediada və sosial şəbəkədə xüsusi aktivliyi ilə seçilən deputatlardandır. Onun fəaliyyətinda mediaya və sosial şəbəkədə xüsusi yer ayırması diqqətçəkən məqamlardandır. Mütəmadi olaraq gündəm mövzuları ilə bağlı çıxışları onu aktiv deputat kimi ön planda saxlayır.

Bu günün gerçəkliyi

Aparılan müşahidə və aradırmalar göstərir ki, hazırda istər media, istərsə də sosial şəbəkələr deputatların fəaliyyəti üçün əsas platformaya çevrilib. Artıq deputatların parlament iclaslarındakı çıxışları, müxtəlif məsələlərlə bağlı mövqeləri təkcə ənənəvi və onlayn mediada yox, həm də sosial şəbəkələrdə yayılır. Sosial şəbəkələr deputatlara imkan verir ki, təkcə mətbuatın ünvanladığı suallara yox, həm də ictimai maraq kəsb edən digər mövzulara operativ rəy bildirsinlər, eyni zamanda öz mövqelərini ictimai rəyə təqdim etsinlər.

Müətmadi paylaşımlar, canlı yayımlar, operativ açıqlamalar deputatların cəmiyyətlə birbaşa əlaqəsini təmin edir və onların fəaliyyətinin əsas göstəricilərindən biridir. Sirr deyil ki, deputatlar parlament iclaslarından daha çox, mətbuat, sosial şəbəkələr vasitəsilə tanınır, ictimai rəyin formalaşmasında bu platformalar önəmli olduğu kimi, həm də millət vəkillərinin özünün təqdimatı baxımından da əhəmiyyətlidir. Media və sosial şəbəkələrdən kənarda qalan deputatlar isə ictimai diskursdan da geri qalırlar.

Seçilən
70
1
cebheinfo.az

2Mənbələr