AzVision.az xəbər verir ki, “Azadlıq Radiosu”nun məlumatına görə, Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-nin vasitəçilik etdiyi Ukrayna ilə bağlı diplomatik danışıqlar çərçivəsində Rusiyaya qarşı tələblərin siyahısını ehtiva edən sənədi birliyə üzv dövlətlərə göndərib.
Sənəddə təkcə Rusiya qoşunlarının qonşu ölkələrdən çıxarılması deyil, həm də Rusiya ordusunun sayının azaldılması, eləcə də təzminatların ödənilməsi və Rusiya cəmiyyətinin demokratikləşdirilməsi təklif olunur.
“Avropalıların özləri Aİ-nin şərtlərini maksimalist adlandırırlar - bu yanaşma Moskvanın Ukraynaya qarşı ilkin sərt tələbləri ilə tam uzlaşır”,- diplomatik dairələrdəki mənbələr bildirirlər.
Avropalı məmurlardan biri vurğulayıb ki, sülh yalnız Kiyevin güzəştlərindən deyil, həm də hər hansı bir sülh missiyası və ya danışıqlar başlamazdan əvvəl Moskvanın hərəkətlərindən asılıdır. Aİ səfirləri sənədi 17 fevralda müzakirə ediblər. Onun bəzi müddəalarının 23 fevralda Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə təqdim edilməsi planlaşdırılır.
Aİ-nin əsas tələblər siyahısına aşağıdakılar daxildir:
• Qoşunların simmetrik şəkildə çıxarılması:əgər Ukrayna qüvvələrini azaldarsa və ya onların yerini dəyişərsə, Rusiya da eyni addımı atmalıdır, hüquqi baxımdan tanınmayan işğal edilmiş ərazilər demilitarizasiya olunmalıdır.
• Avropanın təhlükəsizliyi:dezinformasiyaya, kiberhücumlara, sabotajlara, hava məkanının pozulmasına və seçkilərə müdaxiləyə son qoyulmalıdır.
• Nüvə silahları və hərbi mövcudluq: Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanda Rusiya qoşunlarının və nüvə silahlarının yerləşdirilməsinə qadağa; Rusiyanın nəzarətində olan separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindən, eləcə də Ermənistan və Belarusdakı bazalardan qoşunların çıxarılması.
• Beynəlxalq hüquqa əməl olunması:müharibə cinayətlərinə görə əfv edilməməsi, beynəlxalq müstəntiqlərin iştirakı və beynəlxalq öhdəliklərin Rusiya qanunvericiliyindən üstünlüyü.
• Təzminatlar və kompensasiyalar:ətraf mühitə dəyən ziyan da daxil olmaqla, Ukraynaya, habelə Avropa ölkələrinə və şirkətlərinə dəyən ziyana görə ödənişlər.
• Rusiya Federasiyasına qarşı daxili tələblər:beynəlxalq nəzarət altında azad seçkilərin keçirilməsi, siyasi məhbusların azad edilməsi, deportasiya olunmuş vətəndaşların və uşaqların geri qaytarılması, media azadlığı, repressiv qanunların ləğvi və müxalifət üzvlərinin qətllərinin araşdırılmasında əməkdaşlıq.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta