AZ

ABŞ İran rəsmilərinə viza sanksiyaları tətbiq etdi


Vaşinqton ailə üzvləri də daxil olmaqla 18 İran rəsmisinə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Viza məhdudiyyətləri İrandakı etirazlar zamanı aşkar edilmiş ciddi pozuntularla əlaqədar tətbiq edilib.
ABŞ-nin məlumatına görə, adları açıqlanmayan bu şəxslər son iğtişaşlar da daxil olmaqla, İranda insan hüquqlarının pozulmasında iştirak ediblər.
Amerika tərəfi iddia edir ki, ABŞ hakimiyyətinin hərəkətləri dinc toplaşmaq hüququnu pozur.
Dövlət Departamenti aydınlaşdırıb ki, ABŞ-nin bu cür məhdudiyyətləri artıq 58 şəxsə şamil olunur.
Seçilən
39
yeniavaz.com

1Mənbələr