AZ

Dövlət Dəniz və Liman Agentliyində gəmiçilik şirkətlərinin insan resursları bölməsi ilə əməkdaşlığa dair görüş keçirilib (FOTO)

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyində “Gəmiçilik şirkətlərinininsan resursları bölməsi ilə əməkdaşlıq və mövcud problemlərinhəlli yollarının müzakirəsi” mövzusunda görüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilir ki, əvvəlcə son illər ərzində dənizçilərinsertifikatlaşdırılması istiqamətində həyata keçirilən islahatlar vəəldə olunan nəticələr barədə təqdimat olub.

Görüş çərçivəsində bir sıra məsələlər ətrafında fikir mübadiləsiaparılıb. Üzmə haqqında arayış anlayışına gəmiçilik şirkətlərinininsan resursları bölmələrinin baxışı, dənizdə xidmət müddətlərinindüzgün qeydiyyatının təmin edilməsi, həmçinin Agentliklə gəmiçilikşirkətləri arasında məlumat uyğunluğunun artırılması, sənədləşmə vətəsdiq mexanizmlərinin təkmilləşdirilməsi əsas müzakirə mövzularıolub.

Bununla yanaşı, gəmiçilik sektorunda heyət üzvlərindən tələbolunan əsas sertifikatlar, sertifikatların etibarlılıq müddətininizlənilməsi, habelə yenilənmə və ilk dəfə verilmə proseslərindəgəmiçilik şirkətlərinin insan resursları bölmələrinin rolu,Agentliklə şirkətlər arasında sertifikatlaşdırma üzrəkoordinasiyanın gücləndirilməsi, mövcud risklər və uyğunluqməsələləri də nəzərdən keçirilib.

Görüş iştirakçıları “Sənaye personalını daşıyan gəmilər üçünBeynəlxalq Təhlükəsizlik Məcəlləsi”nin (IP Code) tələblərininicrası və bu çərçivədə bayraq dövləti nəzarəti mexanizmlərimövzusuna da diqqət çəkiblər.

Tədbir zamanı Agentliklə gəmiçilik şirkətlərinin insanresursları bölmələri arasında əməkdaşlıq imkanları, məlumatmübadiləsinin təkmilləşdirilməsi, vahid yanaşmalarınformalaşdırılması, birgə iş mexanizmlərinin qurulması və gələcəktəşəbbüslər üzrə fikir mübadiləsi aparılıb. Sonra iştirakçılarınsualları cavablandırılıb.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Seçilən
78
3
az.trend.az

4Mənbələr