AZ

Polis Bakı Ağır Cinayətlər Məhkəməsində tapılan 2600 dolları sahibinə qaytardı

Bakı Ağır Cinayətlər Məhkəməsinin Mühafizə Polisi tərəfindən məhkəmə zalında 2600 ABŞ dolları aşkar edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə vətəndaş özü məlumat verib. 

Belə ki, saat 18:00-dan sonra zala baxış keçirən mühafizə polisi əməkdaşları vətəndaşa məxsus pulqabını tapıblar. 

Dərhal təhlükəsizlik kameralarına baxış keçirilib və pulqabını zalda unudan şəxsin kimliyi müəyyən edilib.
Mühafizə əməkdaşları tərəfindən həmin vətəndaşla əlaqə saxlanılıb və pulqabı içərisindəki 2600 ABŞ dolları ilə birlikdə sahibinə təhvil verilib.

Polis əməkdaşlarının operativ və məsuliyyətli davranışı nümunəvi hal kimi dəyərləndirilir. Bu addım hüquq-mühafizə orqanlarının vətəndaşlara qarşı diqqətli və şəffaf fəaliyyətinin göstəricisidir.

Orxan Rasifoğlu

Seçilən
98
unikal.az

1Mənbələr