AZ

ABŞ Qəzzada hərbi baza inşa etmək istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzzada 350 hektardan çox ərazini əhatə edən 5000 nəfərlik hərbi baza tikməyi planlaşdırır. 

“Cebheinfo.az”-ın məlumatına görə, “The Guardian” qəzeti əldə etdiyi dövlət satınalma sənədlərinə istinadən belə yazıb.

Obyekt gələcəkdə çoxmillətli, könüllülərdən ibarət hərbi qüvvələrdən təşkil olunması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün hərbi əməliyyat bazasına çeviləcək.

Beynəlxalq sabitləşdirmə qüvvələri Qəzza zolağını idarə etmək vəzifəsi daşıyan yeni yaradılmış “Sülh Şurası”nın bir hissəsidir.

Qeyd edək ki, “Sülh Şurası”na Donald Tramp sədrlik edir və qismən onun kürəkəni Cared Kuşner tərəfindən idarə olunur.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr