AZ

Milyonçu 740 dəfə biletsiz qatara mindi - Cəzalandırıldı

Maliyyə nəhəngi "HSBC"nin keçmiş rəhbəri Cozef M. Londonda sistemli şəkildə biletləri tam ödəmədən qatardan istifadə etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.

Ölkə.az "Bild"ə istinadla xəbər verir ki, o, 11 ay ərzində təxminən 740 dəfə xüsusi üsuldan istifadə edib.

Qeyd edilir ki, Cozef M. marşrutunun yalnız ilkin və son hissələri üçün bilet alıb və ortada boşluq yaradıb. Bu yolla dəmir yolu şirkətinə təxminən 6700 avro zərər vurulub. 

İttihama əsasən, Cozef M. 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrınadək saxta ad və ünvanlardan istifadə edərək biletləri alıb. O, məhkəmədə günahını etiraf edib.

Məhkəmə onu 10 ay şərti azadlıqdan məhrumetmə cəzasına, 80 saat ictimai işlərə və bir il müddətinə Cənub-Şərqi Dəmir Yolu xidmətlərindən istifadə qadağasına məhkum edib.

Həmidə İbrahimova

Seçilən
48
1
olke.az

2Mənbələr