AZ

“Gəncə avtomobil zavodu” İB növbəti sosial layihəyə start verib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 19 fevral, Elcan Məmmədov, AZƏRTAC

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsin yetkinlik yaşına çatmış sakinlərinin işlə təmin olunmasına dəstək məqsədilə yeni layihəyə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Gəncədə yerləşən “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxs ilə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi arasında niyyət sazişi imzalanıb.

Sazişə əsasən, hər iki qurum arasında yetkinlik yaşına çatmış yeniyetmələrin işlə təmin olunması barədə razılaşma əldə edilib və artıq uşaq evinin 3 yetirməsi ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq 0,5 ştat vahidi üzrə 4 saatlıq iş rejimində əməkhaqqı ödənilməklə rəsmi əmək müqavilələri bağlanıb. İşə qəbul edilən yeniyetmələr zavodun digər əməkdaşları kimi xüsusi geyim, nəqliyyat və nahar yeməyi ilə təmin olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
azertag.az

1Mənbələr