AZ

İftar süfrəsinə hazırlaya bilərsiniz

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Qiyməli şorba

Ərzaqlar:

1 ədəd kiçik soğan

3 xörək qaşığı bitki yağı

100 qram qiymə

1 kiçik çay stəkanı vermişel

6 stəkan su (200 ml stəkan istifadə edərək)

1 çay qaşığı duz

1 çay qaşığı qırmızı istiot

1 çay qaşığı tərəvəz ədviyyatı tozu

Yarım çay qaşığı qara istiot

Sous üçün:

1 stəkan qatıq (bir az sulu)

1 yumurta sarısı

1.5 xörək qaşığı un

Üzəri üçün:

1 xörək qaşığı bitki yağı

1 xörək qaşığı kərə yağı

1 çay qaşığı quru nanə

Hazırlanması:

Bitki yağını qazana əlavə edin və xırda doğranan soğanı azca qovurun. Sonra qiyməni əlavə edin və yüngülcə bişirin. Vermişeli əlavə edin və qısa müddətə qovurun, suyu töküb və qaynamağa başlayanda ədviyyatları əlavə edin. 15 dəqiqə vam odda saxlayın.

Sous üçün inqrediyentləri yaxşıca çalın, bir çömçə şorba bulyonu əlavə edin və yenidən çalın, sonra şorbaya tökün, yaxşıca qarışdırın. Vam odda on dəqiqə bişirin. Sous üçün yağı tavada yaxşı qızarana qədər qızdırın, nanəni əlavə edin və qarışdırın. Şorbanın üzərinə tökün və ocağı söndürün.

Püreli köftə

Ərzaqlar:

300 qram qiymə

1 yumurta

5-6 diş sarımsaq

4 xörək qaşığı əzilmiş köhnə çörək (çörək qırıntıları yaxşı işləmir)

1 çay qaşığı qırmızı çili tozu

1 çay qaşığı qara istiot

2 xörək qaşığı zeytun yağı

Duz

Sous üçün:

1 orta ölçülü pomidor

1 çay qaşığı qırmızı istiot pastası

2 diş sarımsaq

1 çay qaşığı kərə yağı

Kəklikotu

Duz

Kartof püresi üçün:

3 orta ölçülü kartof

1/2 (yarım) stəkan süd

Duz

Üstü üçün:

150 qram çedar pendiri

Hazırlanması:

Əvvəlcə qiyməni dərin bir qaba qoyub, xırda doğranmış sarımsaq və digər inqrediyentləri əlavə edib, yaxşıca yoğurmaq lazımdır. Yoğrulmuş qiymə qarışığından kiçik toplar düzəldib, yarım saat soyuducuda saxlayın. Bu ərəfədə kartofları soyub qaynadın. 

Sous üçün lazım olan ərzaqları blenderə qoyub, püre halına gələnə qədər qarışdırın. Tavaya yağ töküb, küftələri qızardın. Üzərinə sousu əlavə edib, bişirin.

Küftələr sousla bişərkən, kartofları əzib bişirmə qabına qoyub, üstünü hamarlayın. Küftələri üzərinə düzüb, sürtgəcdən keçirilmiş çedar pendiri səpib, üstü qızarana qədər sobada bişirin.

Yoqurtlu keks

Ərzaq:

Yoqurt - 1 stəkan

Yumurta - 3 ədəd

Şəkər tozu - 0,7 stəkan

Kərə yağı - 40 qr.

Duru yağ - 2 x/q.

Gavalı qurusu - 100 qr.

Kişmiş - 100 qr.

Qabartma tozu - 1 ədəd

Un - 1,5 stəkan

Hazırlanması:

Quru meyvələri isti suda 5 dəqiqə saxlayıb, suyunu süzüb, dəsmalla qurutduqdan sonra üstünə azca un səp. Yumurtanın ağını sarısından ayır. Sarının üstünə şəkər tozu əlavə edib, mikserlə qarışdır. Üzərinə vanil, duru və kərə yağını töküb, qarışdırmağa davam et. Sonra yoqurtu tök. Mikserlə bir az çaldıqdan sonra un, qabartma tozu və quru meyvəni töküb, qaşıqla qarışdır. Kənarda yumurtanın ağını beze halına gələnə kimi qarışdırıb, xəmirə əlavə et. Qabı yağlayıb xəmiri tök, 180 dərəcədə bişir. Hazır olduqdan sonra üzərinə qənd tozu səp.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
axsam.az

1Mənbələr