AZ

Makronun söz azadlığı barədə dedikləri norveçli alimi qəzəbləndirib

ain.az, Ayna saytına istinadən bildirir.

Qlenn Diesen: “Əsas dəyərlərimizin bu qədər zəif təməllər üzərində necə qurulduğu maraqlıdır"

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen Fransa Prezidenti Emmanuel Makronun söz azadlığını "tamamilə cəfəngiyat" adlandıran açıqlamasına qəzəblənib. AYNA.AZ xəbər verir ki, professor qəzəbini “X” sosial media səhifəsində ifadə edib.

"Söz azadlığı, kollektiv cəzanın olmaması, qanunun aliliyi, fikir ayrılığına dözümlülük və diplomatiyaya inam kimi əsas dəyərlərimizin bu qədər zəif təməllər üzərində necə qurulduğu maraqlıdır", - deyə bildirib.

Makron əvvəllər söz azadlığını "tamamilə cəfəngiyat" adlandırıb və ekstremist siyasi qüvvələrin ictimai rəyi manipulyasiya etmək üçün bundan istifadə etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr