AZ

Xameneyinin oğlunun Avropada gizli biznes imperiyası ortaya çıxdı...



Avstriyanın nüfuzlu “Standard” nəşri Vyanada bir neçə yüz milyon avro dəyərində planlaşdırılan müqavilədə İranın ali rəhbərinin oğlu Müctəba Xameneyinin adının hallandığını yazıb. Qəzetin araşdırmasına görə, İranda “Spar” mağazalar şəbəkəsinin filiallarını idarə edən Vyana şirkətinin 2024-cü ildə satılması nəzərdə tutulurdu.

Məlumata əsasən, ilkin razılaşmanın dəyəri 706 milyon avro olub. Araşdırmada bildirilir ki, 56 yaşlı Müctəba Xameneyi sözügedən şirkətin alınması üçün vasitəçi üzərindən danışıqlar aparıb. Ancaq razılaşma imzalanmazdan qısa müddət əvvəl proses dayandırılıb və müqavilə baş tutmayıb.

Qəzet yazır ki, Müctəba Xameneyi təkcə İranın ali rəhbəri Əli Xameneyinin dörd oğlundan biri deyil, həm də ailənin iqtisadi və siyasi təsir dairəsində əsas fiqurlardan sayılır. O, atasının mümkün varisi kimi də tez-tez müzakirə olunur.

İradə SARIYEVA

Seçilən
21
baki-xeber.com

1Mənbələr