Bakı. Trend:
Filippinin Neqros adasında Kanlaon vulkanı püskürüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, püskürmə 2 dəqiqə davam edib və vulkankraterindən səmaya 4,5 km yüksəkliyə qədər kül-daş təbəqəsəqalxıb.
Vulkanın yaxın çevrəsində olan rayonda beş ballıq şkala iləikinci dərəcəli xəbərdarlıq elan olunub. Yerli hökumət 4 kilometrradiusda olan sakinləri və turistləri təhlükə zonasını tərk etməyəçağırıb.
Kanlaon Filippinin ən iri fəal vulkanlarından biridir. O, milliparkın ərazisində yerləşir və məşhur turizm məkanı hesab olunur.Vulkanın hündürlüyü 2 465 metrdir, əsasının diametri isə 30kilometrə çatır.