AZ

"Topçular" "Qızıl top" sahibini gətirir

"Arsenal" rəhbərliyi PSJ-nin ulduzu və son "Qızıl top" mükafatının qalibi Osman Dembeleni yayda Londona gətirmək üçün rəsmi danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, fransız futbolçunun baş məşqçi Luis Enrike ilə yaşadığı gərginlik və son "Renn" məğlubiyyətindən sonra komanda yoldaşlarını açıq şəkildə tənqid etməsi ayrılıq ehtimallarını zirvəyə daşıyıb.

Enrikenin futbolçunun bəyanatlarını "dəyərsiz" adlandırması və aradakı bağların qopması Mikel Artetanın bu fürsətdən yararlanmasına yol açıb. Ötən mövsüm PSJ-ni Çempionlar Liqası çempionluğuna daşıyan və 35 qolla parlayan 28 yaşlı ulduzun London klubunun layihəsinə isti yanaşdığı bildirilir.

Bununla belə, Çempionlar Liqasının pley-off mərhələsində "Monako"ya qarşı matçın ilk hissəsində zədələnərək meydanı tərk etməsi ulduz oyunçunun fiziki durumu ilə bağlı suallar yaradıb. "Topçular"ın bu keçid üçün təxminən 97 milyon avroluq bir büdcə ayırdığı və yayda rekord transferə hazırlaşdığı vurğulanır.

Seçilən
22
1
fanat.az

2Mənbələr