AZ

Orucun savabı insanın nə qədər özünü qoruduğu ilə ölçülür, dilə və qəlbə nəzarət artdıqca, orucun dəyəri yüksəlir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Oruc insanın nəfsinə qoyduğu sərhəddir. Bu sərhəd yalnız mədəyə aid deyil. Əgər insan ac qalır, amma dili ilə başqasını incidirsə, məqsəd zədələnir. Peyğəmbər buyurub ki, oruc qalxandır. Qalxan isə insanı qorumaq üçündür. Əgər qalxanı kənara qoyub yenə də günaha girirsə, o qorunma zəifləyir.Oruc tutarkən əsəbiləşmək və ya qeybət etmək orucun savabına necə təsir edir?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında orucla bağlı xəbərdarlıqlardan danışıb: “Bir hədisdə açıq şəkildə xəbərdarlıq edilir ki, kim yalanı və pis əməli tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu, orucun yalnız fiziki əməl olmadığını göstərir. Qeybət, söyüş, aqressiya orucun savabını azaldır. Fiqh alimləri bildiriblər ki, bu hallar orucu batil etməz, lakin kamilliyini zədələyər. İmam Nəvəvi qeyd edirdi ki, günahdan qorunmayan oruc naqis orucdur.

Quranda təqva məqsəd kimi göstərilir. Əsəbiləşmək və qeybət etmək isə təqvaya zidd davranışdır. Əgər oruc insanı daha sakit, daha səbirli etmirsə, deməli orucun tərbiyəvi tərəfi zəif qalır. Peyğəmbər tövsiyə edib ki, "kimsə səni təhqir edərsə, de ki, mən orucluyam". Bu ifadə insanın özünü saxlaması üçündür.

Oruc savab qazanmaq vasitəsidir. Amma savab yalnız aclıqla ölçülmür. Orucun savabı insanın nə qədər özünü qoruduğu ilə ölçülür. Dilə və qəlbə nəzarət artdıqca, orucun dəyəri yüksəlir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
bizimyol.info

1Mənbələr