ain.az, 525.az portalına istinadən məlumat yayır.
Almaniya höküməti ABŞ istehsalı olan daha bir neçə F-35 qırıcısı sifariş vermək qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da yaxın gələcəkdə Almaniya ordusunda 85 ədəd F-35-in olacağı gözlənilir.
2022-ci ildə qırıcıları istehsal edən "Lockheed Martin"ə 35 ədəd sözügedən qırıcı sifariş edilmişdi. Ötən il bu rəqəm 50-ə çatdırıldı. İndi isə daha 35 qırıcıya da ehtiyac duyulub.
Qeyd edək ki, F-35 qırıcısı 80 milyon dollar civarındadır. Son sifarişin qiyməti isə 3 milyard dollara yaxındır.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.