525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dünyada düyünün bahalaşması ölkəmizə də təsir göstərəcək. Azərbaycan kimi idxaldan asılı ölkələr daha yüksək qiymətlərlə üzləşə bilər”.
Bunu iqtisadçı ekspert Akif Nəsirli 525.az-a bildirib. O qeyd edib ki, dünya bazarında bahalaşma olan yerli sahibkarlar yeni məhsulların ölkəyə gəlməsini gözləmədən qiyməti qaldırırlar:
"Qiymətlərin cüzi artımı belə bizim distribütor şəbəkəmizdəki qiymət etiketlərinə öz təsirini göstərəcək. Dünya bazarlarında düyünün qiymətində artım var və bu, davam edəcək. İdxaldan asılı olan ölkəmiz bu qiymət artımından kənarda qalmayacaq. Qlobal düyü bazarındakı dəyişikliklər Azərbaycanın ərzaq bazarına birbaşa təsir göstərir və bu risklərin idarə olunması üçün həm iqtisadi, həm də aqrar siyasətdə uzunmüddətli və kompleks yanaşma tələb olunur”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.