AZ

Tunellər daha təhlükəsiz və rahat hərəkət üçün təmizlənir FOTO VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxt ərazisində yerləşən avtomobil tunellərində və tuneldaxili yol elementlərində genişmiqyaslı təmizlik işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, yağıntılar və intensiv hərəkət nəticəsində yaranan palçıq və toz xüsusi təyinatlı işçi heyəti tərəfindən aradan qaldırılır.

İşlər “Qələbə” meydanında (Fətəli xan Xoyski prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında davam etdirilir.

Təmizlik prosesi zamanı:

- Tunelin giriş-çıxış hissələri

- Məhəccərlər və yan divarlar

- Tuneldaxili yol nişanları

- İşıq əksetdiricilər

- Əyrixətli dəmir tirlər xüsusi təyinatlı texnika vasitəsilə təzyiqli su ilə yuyulur.

Məqsəd daha təhlükəsiz, təmiz və rahat hərəkət şəraiti yaratmaqdır.

Oxunub 68

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
2
avtosfer.az

4Mənbələr