AZ

“Barselona”nı “Real”a dəyişəcək?

Jül Kundenin gələcəyi ilə bağlı maraqlı iddia ortaya çıxıb. O, yayda klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın müdafiəçisi bir neçə aydan sonra əzəli rəqibin sıralarına keçə bilər. İspaniya mətbuatının məlumatına görə, “Real” 27 yaşlı oyunçu ilə fəal şəkildə maraqlanır. “Barselona” isə Kundeni toxunulmaz hesab edir, lakin Kataloniya klubu təxminən 60-80 milyon avroluq təklif alsa, transferi nəzərdən keçirməyə hazırdı. Müdafiəçi ilə “Çelsi” də maraqlanır. Jülün müqaviləsinin müddəti 2030-cu ilə qədərdi.

O, bu mövsüm komandada bütün turnirlərdə 36 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Seçilən
34
1
football-plus.az

2Mənbələr