AZ

"Arsenal"da Kalafiori şoku

"Arsenal" rəhbərliyi, yay transfer pəncərəsində italyan müdafiəçi Rikardo Kalafiorinin gedişinə yaşıl işıq yandırmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, son olaraq FA Kuboku çərçivəsində "Viqan"a qarşı matçın isinmə hərəkətləri zamanı zədələnən 23 yaşlı futbolçunun tez-tez sıradan çıxması klubun səbrini daşırıb.

Mikel Artetanın heyətdə davamlılığı əsas meyar kimi götürdüyü və zədəyə meyilli oyunçuları daha etibarlı adlarla əvəzləmək niyyətində olduğu bildirilir. 2024-cü ildə böyük ümidlərlə transfer edilən Calafiorinin texniki bacarığı yüksək qiymətləndirilsə də, onun "Arsenal"ın gərgin tempinə fiziki cəhətdən tab gətirməməsi ayrılıq ehtimalını qətiləşdirib.

Hazırda rəhbərliyin futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə açıq olduğu və yayın ən səs-küylü satışlarından birini reallaşdıra biləcəyi vurğulanır

Seçilən
33
fanat.az

1Mənbələr