AZ

Moskva məhkəməsi Telegram və WhatsApp zənglərinə qoyulan məhdudiyyəti təsdiqlədi » AzadMedia.az

Moskva


Moskva şəhər məhkəməsi Telegram və WhatsApp messencerlərdə səsli zənglərin məhdudlaşdırılması ilə bağlı ilk instansiya məhkəməsinin qərarının qanuni olduğunu təsdiqləyib. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Dekabrın sonunda Konstantin Larionov, 100-dən çox şəxsin maraqlarını təmsil edərək, zənglərin məhdudlaşdırılmasının qanunsuz olduğunu iddia edən iddia ərizəsi ilə Tağanski rayon məhkəməsi qarşısına çıxmışdı. Lakin məhkəmə ərizəni rədd edib, Larionovun messencerlərin istifadəçilərinin adından iddia qaldırmaq hüququ olmadığını bildirib.

Apellyasiya baxışı zamanı məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Mətbuat xidməti qeyd edib: “Apellyasiya kollegiyası ilk instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb.”

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Roskomnadzor xarici messencerlərdə səsli zəngləri məhdudlaşdırıb. Rəsmilər bu addımı fırıldaqçılığa qarşı mübarizə və WhatsApp-ın Rusiya qanunvericiliyinə əməl etməməsi ilə izah ediblər.

Seçilən
69
1
azadmedia.az

2Mənbələr