AZ

ÇL-də həftənin rəmzi komandasında kimlər var?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

"Unikal" xəbər verir ki, qurumun mətbuat xidməti qitənin nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusunu açıqlayıb.

Həftənin rəmzi komandası belə müəyyənləşib:

Qapıçı: Kobel ("Borussiya")

Müdafiəçilər: Rüerson ("Borussiya"), Sançes ("Qalatasaray"), Bern ("Nyukasl"), Qrimaldo ("Bayer")

Yarımmüdafiəçilər: Sara ("Qalatasaray"), Tçuameni ("Real"), Dzolis ("Brügge"), Due (PSJ), Qordon ("Nyukasl")

Hücumçu: Heq ("Bodo/Qlimt")

Xatırladaq ki, siyahıda yer alan "Nyukasl"ın futbolçusu Qordon həftənin ən yaxşı oyunçusu adını qazanıb. O, komandasının Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə məğlub etdiyi görüşdə 4 qol vuraraq qələbədə həlledici rol oynayıb.

Seçilən
75
unikal.az

1Mənbələr