AZ

Ukraynadakı Azərbaycana məxsus abidələr Rusiyanın hava hücumları ilə üz-üzədirVİDEO

Son zamanlar Ukraynanın paytaxtı Kiyevə hava zərbələri artıb. Bu səbəbdən də Azərbaycanın tarixi şəxsiyyətlərinin abidələrini qorumaq üçün tədbirlər görülür.

Xezerxeber.az-ın məlumatına görə, işləri Azərbaycanın Ukraynadakı səfirliyi SOCAR xeyriyyə fondu ilə birgə Kiyev və İrpen şəhərlərində həyata keçirir.

Kiyev şəhərindən başqa vilayətin digər yerlərində də Azərbaycana məxsus heykəllər və mədəni abidələr hava hücumlarından mühafizə üçün örtülür. Ukraynanın digər yerlərində də bunun davam edəcəyi bildirilir. Hazırda bu mövzuda ən həssas yer kimi Kiyev nəzərdə tutulub. Çünki son bir ildə 3 dəfə mütəmadi olaraq Azərbaycanın Kiyevdəki səfirliyinin yerləşdiyi ərazi hava hücumlarına məruz qalıb.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, 4 ildir davam edən müharibə nəticəsində həmvətənlərimizin xəsarət alması ilə yanaşı, milli abidələrə də zərər dəyib.

Rövşən Tağıyevin sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlılar milli ənənələri və mədəniyyəti qorumaq və yaşatmaq üçün əllərindən gələni edirlər.

Heykəllərin mühafizəsini təşkil edən "SOCAR Energy Ukraine"nin departament rəhbəri Andrey Pomiluyko “Xəzər Xəbər”ə proses barədə məlumat verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
8
xezerxeber.az

1Mənbələr