Şəki rayonunun dağlıq ərazisində yanğın baş verib.
Far.Az xəbər verir ki, Qozlubulaq kəndi yaxınlığındakı mürəkkəb relyefli sahədə qeydə alınan yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və polis əməkdaşları cəlb olunublar.
Yanğının söndürülməsi işləri dağlıq ərazi və güclü külək səbəbindən çətinləşsə də, operativ müdaxilə nəticəsində alovun daha geniş ərazilərə və meşə massivinə keçməsinin qarşısı alınıb.
Yanğın lokallaşdırılaraq tam söndürülüb.