Klublararası Dünya Çempionatı ilə bağlı vacib qərar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, növbəti buraxılışdan etibarən Klublararası Dünya Çempionatının formatı dəyişdirilərək 32 komandadan 48 komandaya yüksəldiləcək.

Bildirilir ki, bu qərar turnirdən kənarda qalan Avropanın elit klublarının təzyiqi nəticəsində gündəmə gəlib. Xüsusilə “Barselona” və “Mançester Yunayted” kimi nəhəng klubların turnirdə iştirak edə bilməməsi format dəyişikliyi müzakirələrini sürətləndirib.

Yeni formatın təsdiqlənəcəyi təqdirdə, turnirdə daha çox Avropa və dünya klubu iştirak edəcək və bu, Klublararası Dünya Çempionatının prestijini və kommersiya dəyərini daha da artıracaq.