AZ

ABŞ-dan gələn naməlum təyyarə Rusiyaya endi

ABŞ-a məxsus naməlum təyyarə indicə Rusiya ərazisinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə"SHOT" "Telegram" kanalı məlumat yayıb.

Bildiirlib ki, "Flightradar" xidmətində laynerin nömrəsi və ya mənsubiyyəti əks olunmur. Təyyarə bir neçə saat əvvəl Vaşinqton yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin "Endryus" bazasından havaya qalxıb, Qrenlandiya, Norveç və Finlandiyanın hava məkanından keçib. Bundan sonra təyyarə Murmansk vilayətinin hava məkanına daxil olub. Göyərtədə kimin olduğu barədə hələlik məlumat yoxdur.

Fevralın 19-da "The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, Birləşmiş Ştatlar Yaxın Şərqə böyük aviasiya qüvvələri ötürərək, regionda 2003-cü ildə İraqa müdaxilədən bəri ən genişmiqyaslı hava qruplaşmasını formalaşdırır.

Seçilən
86
27
publika.az

10Mənbələr